RU

İran və Rusiya arasında nəqliyyat və yükdaşıma üzrə yol xəritəsi imzalanacaq

Bakı. Trend:

İranın yol və şəhərsalma naziri və Rusiyanın nəqliyyat naziriarasında iki ölkənin 2025-ci il üçün nəqliyyat və yükdaşıma üzrəyol xəritəsi imzalanacaq.

Trend-in məlumatına görə, bunu İranın yol vəşəhərsalma naziri Fərzanə Sadiq bu gün (15 yanvar) TehrandaNazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyiaçıqlamada deyib.

Onun sözlərinə görə, ötən 1,5 yarım ay ərzində onunla Rusiyanınnəqliyyat naziri Roman Starovoyt arasında minimum 4 görüşkeçirilib. Bu görüşlər çərçivəsində quru yol, dəmiryolu, dəniz yoluvasitəsi ilə yükdaşıma və nəqliyyat üzrə danışıqlar aparılıb vəsözügedən yol xəritəsi razılaşdırılıb.

Sadiq bildirib ki, məlum olduğu kimi 2023-cü ildə İran və Rusiyaarasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsindəRəşt-Astara dəmiryolunun tikilməsi ilə əlaqədar saziş imzalanıb.Bununla əlaqədar Rusiya səfərində növbəti razılaşmaların əldəolunacağı gözlənilir.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 17 yanvardaRusiyaya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasındahərtərəfli strateji əməkdaşlıq sənədi imzalanacaq.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran vəHindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə birsıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (AzərbaycanRespublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizinyaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali vəQərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır,"Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmiryolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu iltarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İranərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərqistiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqamətiXəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqamətiAzərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşənGilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya vəİran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olanRəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Budəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-CənubBeynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqazölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişəəsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyardavro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ayərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Məqalədə:
Избранный
3
az.trend.az

1Источники