RU

Bayden Ağ Evi sənədlərlə dolu yük maşını ilə tərk edəcək

ABŞ-ın hazırkı prezidenti Co Bayden Ağ Evi sənədlərlə dolu yük maşınları ilə tərk etməyi planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Məlumata görə, Ağ Evin yaxınlığında yük maşınları görünüb. Bu maşınlar bir neçə gündən sonra vəzifəsini tərk edən Baydenin “sənədlərini və administrasiyasının əşyalarını daşımaq üçün” istifadə olunacaq.

"Biz ehtiyatlı olmaq üçün hər şey edəcəyik. Prezidentin həqiqətən istədiyi kimi qaydalara riayət etməklə, bunu düzgün həyata keçirmək və ənənələrə riayət etmək üçün əlimizdən gələni edəcəyik", - Ağ Evin mətbuat katibi Karin Jan-Pyer prosesi şərh edib.

Bildirilib ki, administrasiya “sənədlərin yoxlanılması və ayrılması üçün yeni, daha təhlükəsiz protokolun həyata keçirilməsini” vəd edir. 

Agentlik xatırladır ki, Bayden əvvəllər məxfi sənədlərlə bağlı problemlər yaşayıb. 2017-ci ildə vitse-prezident postunu tərk etdikdən sonra onun Delaverdəki evinin qarajında ​​və Vaşinqtondakı ofisində məxfi materiallar aşkarlanıb. Bu tapıntı federal araşdırmaya səbəb olub. Həmin vaxt hesabatda Bayden "yaddaşı zəif olan yaşlı adam" kimi təsvir edilirdi. Bu səciyyələndirmə onun zehni qabiliyyətləri ilə bağlı ictimai narahatlıqlara səbəb olub. Agentlik qeyd edib ki, Baydenin ölkəni idarə etməyə davam etmək qabiliyyətinə dair şübhələr son nəticədə onun prezidentlik yarışından çıxmaq qərarına səbəb olub.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Bəxtiyar CƏFƏRLİ

Избранный
15
herbiand.az

1Источники