Müxalif Milli Şura oktyabrın 12-si Bakıda təyin etdiyi aksiyaya Bakı şəhər İcra Hakimiyyəti razılıq verib.
Bu barədə Bakı şəhər İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov jurnalistlərə məlumat verib.
Mitinqin İnşaatçılar metrostansiyasının yaxınlığındakı Məhsul stadionunda, saat 15:00-dan 17:00-a qədər keçirilməsinə razılıq verilib.
Milli Şuranın Koordinasiya Mərkəzi sentyabrın 30-da keçirdiyi yığıncağında siyasi mitinq keçirilməsinə qərar verib. Mitinq təqiblərə son qoyulması və siyasi məhbusların dərhal azadlığa buraxılması tələbi ilə keçiriləcək. -16D-