2023-cü ilin oktyabrında Qəzzada hərbi əməliyyatlar başlayandan bəri İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 46,7 mini keçib. Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb. “İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 46 min 707, yaralananların sayı 110 min 265 nəfərə çatıb”, - deyə nazirlik bildirib.