RU

Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verib. Ötən il ərzində “Unibank”ın ümumi kredit portfelinin həcmi 107 milyon manat artıb. Yeni strateji hədəflərində real sektorun inkişafına xüsusi yer ayıran Bankın prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərinin ümumi kredit portfelində payı 31 dekabr 2024-cü il tarixinə 40 %-ə yaxınlaşıb.

Ümumilikdə isə biznes kredit portfeli 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 33 % artaraq, 437  milyon manata çatıb. Biznes portfelin tərkibində SME kreditlərinin payında kəskin artım qeydə alınıb. 2024-cü ilin sonuna SME portfelində 63% artım olub. Mikrokreditlərin biznes portfeldə həcmi 23%, hesabat dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. Ötən ilin nəticələrinə görə, mikrokreditlər üzrə portfelin 70 %-ə yaxını regionların payına düşür. 

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib ki, ötən il Bank üçün əhəmiyyətli illərdən biri olub: “ İl ərzində əldə etdiyimiz maliyyə nəticələri qarşıya qoyduğumuz hədəflərə uyğundur. Həm biznes, həm də pərakəndə müştərilərimizə münasibətdə, fəaliyyətimizin və bankçılıq xidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət etmişik. Bu sahədəki fəaliyyətimiz Bankın yaşıl iqtisadiyyata,  dayanıqlı maliyyə ekosisteminin dəstəklənməsinə öz töhfəsini verməyə hər zaman hazır olduğunun göstəricisidir. Ötən il Unibankın tarixində yaşıl maliyyələşmə istiqamətində iki mühüm layihəmizlə yadda qaldı. Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxdıq. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara “dayanıqlı gələcəyə” yatırım etmək imkanı yaradır. Digər bir layihəmiz isə Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyini nəzərdə tutan əməkdaşlıq oldu.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
2
19
banco.az

10Источники