RU

NATO gəmiləri Fin körfəzinə daxil oldu

Bakı.Trend:

Gəmilərin hərəkətinin monitorinqini aparmaq məqsədilə Finkörfəzinə iki NATO gəmisi daxil olub.

Trend xəbər verirki, bu məlumatı “Yle” yayıb.

Məlumata görə, müşahidə missiyasının təyin olunması üçün əsaszəmin Milad bayramı mövsümündə dənizdən keçən bir neçə elektriknaqili və telekommunikasiya kabellərinin müəmmalı şəkildə kəsilməsiolub. NATO bu kimi halları “kölgə donanması” kimi qələmə verdiyiRusiya gəmilərinin fəaliyyəti ilə əlaqələndirir.

NATO bundan savayı Baltik dənizinə də bir neçə hərbi gəmi,sualtı-qayıq, kəşfiyyatçı təyyarə və sualtı-dronlar göndərib.

Xatırladaq ki, yanvarın 14-də NATO baş katibi Mark Rütte “BaltikQvardiyası” adlı layihənin işə salındığını elan edib. Layihədəməqsəd kritik vacib infrastrukturun, o cümlədən qaz –boruxəttlərinin, elektrik naqilləri və rabitə naqillərininzədələnməsinin qarşısının alınmasıdır.

Məqalədə:
Избранный
2
az.trend.az

1Источники