RU

"Regionda eskalasiya üçün heç bir əsas görmürəm" - Papikyan

"Biz balanslaşdırılmış siyasətimizlə sərhəd təhlükəsizliyini təmin etməliyik".

Herbiand.az bildirir ki, bunu yanvarın 15-də keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

“Yükü ordunun və ya tərəfdaşlarımızın üzərinə ata bilmərik. Ritorika ritorikadır, lakin istənilən təcavüzün əsası olmalıdır. Müdafiə naziri kimi mən regionda eskalasiya üçün heç bir əsas görmürəm", - Papikyan Bakının ritorikası və Sünikin təhlükəsizliyi ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, Ermənistanın bütün məsələlərlə bağlı təklifləri və həlli yolları var: "Dialoq və təkliflərimizin müzakirəsi cavab verə bilər və yanaşmalarımız, təkliflərimiz hər kəsə aydındır. Keçmişdə baş verənlər haqqında danışmaq istəmirəm, regionda sülhü necə təsəvvür etdiyimi danışıram. Təkrar edirəm. Bütün sualların həlli və cavabları var. Bəziləri tərəfdaşlarımıza ötürülüb, dialoq var və biz hər bir məsələ ilə bağlı öz fikirlərimizi təqdim etməyə hazırıq. Aqressiv bəyanatlara toxunmayacağam, çünki təcavüz üçün əsas olmalıdır, onlar isə yoxdur, çünki Ermənistan sülh hekayələri ilə çıxış edir. Mən hesab etmirəm ki, regionda eskalasiya üçün əsaslar var. Təbii ki, hər şeyi təkcə Ermənistan və bir qonşu müəyyən etmir. Region çətin dövrünü yaşayır, lakin mövcud problemləri danışıqlar yolu ilə həll etmək olar”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
15
herbiand.az

1Источники