RU

Türkiyə Energetika Naziri: "Türk Axını" infrastrukturuna hücum cəhdi qeydə alınıb

Türkiyə

Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar çərşənbə günü, "Türk Axını" qaz kəməri infrastrukturunun obyektlərindən birinə hücum cəhdinin qeydə alındığını təsdiqləyib. Bu barədə Turkey Today nəşri məlumat yayıb."Bayraktar hücumun baş verdiyini təsdiqləyib, lakin hadisənin qaz təchizatında heç bir pozuntuya səbəb olmadığını bildirib," — deyə məlumatda qeyd olunur.Nazir əlavə edib: "Hücumdan sonra qaz tədarükündə heç bir fasilə yaşanmayıb. Qaz kəməri əvvəlki həcmlə qaz nəqlini davam etdirir."Eyni zamanda, 11 yanvar tarixində Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Ukrayna şənbə günü, 11 yanvarda, Krasnodar diyarında "Türk Axını" qaz kəmərini təmin edən "Rus" kompressor stansiyasına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərib. Nazirliyin açıqlamasına görə, Ukraynaya məxsus 9 pilotsuz aparatın hamısı məhv edilib, hadisə nəticəsində zərər və ya yaralanma qeydə alınmayıb."Türk Axını" qaz kəməri regionda enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir və qaz nəqlinin davamlılığını təmin edir.Səidə Mustafa

Diqqət Çəkənlər

Forbes: “Lukoil” şirkəti icraçı direktorunu dəyişib

İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər

Birləşmiş Ərəb Əmirlikləri, Putin və Trampın görüş yeri ola bilər

Избранный
4
ulusum.az

1Источники