"Şamaxı" klubundan ayrılan Qurban Səfərovun karyerasını davam etdirəcəyi klubun adına aydınlıq gəlib.
Gənc futbolçu karyerasını "Qarabağ"ın əvəzedici komandasında davam etdirəcək.
"Operativ Media"ya açıqlamasında futbolçu özü xəbəri təsdiqləyib.
O, 1-ci Liqa klublarından təkliflərinin olduğunu, amma, orada çıxış etmək istəmədiyini bildirib.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi "Şamaxı" klubunun yetirməsidir.