RU

Klopp məşqçilik fəaliyyətinə xitam vermədiyini təsdiqlədi

Məşhur alman mütəxəssis Yurgen Klopp məşqçilik fəaliyyətinə xitam vermədiyini təsdiqləyib və mümkün fəliyyətə qayıdacağını ümid verib.

Arena.az xatırladır ki, hazırda Klopp “Red Bull” şirkətində futbol əməliyyatları üzrə dünyəvi rəhbər vəzifəsini icra edir.

“Mən “Red Bull”un məşqçisi olmayacağam. Amma deyə bilmərəm ki, həyatımda bir daha məşqçi olmayacağam”, – jurnalist Florian Plettenberq Yurgen Kloppdan sitat gətirir.

Əlavə edək ki, Klopun Almaniya yığmasının baş məşqçisi vəzifəsinə dəvət ediləcəyi təqdirdə, alman mütəxəssisin “Red Bull” ilə müqaviləsinə xitam vermək hüququna malik olduğu da nəzərdə tutulub.

Yurgen Klopp daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin Frankfurt “Ayntraxt”ının gənclərdən ibarət komandasında baş məşqçi olub.

Избранный
9
arena.az

1Источники