Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in Super Liqanın 18-ci turunda “Konyaspor” ilə keçirdikləri matçda (3:2) Dominik Livakoviç zədələnib.
Bu gün qapıçının durumuna aydınlıq gəlib. Xorvat qolkiperin arxa əzələsində yırtıq və qanaxma aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İstanbul təmsilçisi 18 turu geridə qalan çempionatda 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
“Napoli” Xviçaya əvəzedici tapıb
“Fənər”dən Tuta həmləsi
“Qalatasaray”dan rekord gəlir
Ronaldo "Əl-Nəsr"lə şərik olacaq
PSJ-nin hücumçusu “Yuventus”la anlaşıb