Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda, Meşəli kəndi ərazisində qeydə alınıb. Borsunlu kənd sakini 1992-ci il təvəllüdlü Aqşin Rüstəmovun idarə etdiyi "Shacman" markalı yük maşını ilə Xocalı rayon sakini 2002-ci il təvəllüdlü Tacir Rəcəbovun idarə etdiyi "VAZ 21015" markalı minik maşını toqquşub. Minik maşını yolunun kənarına aşıb, sürücüsü xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./APA
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://img.milli.az/2025/01/15/1257822_(4).jpg)
![](https://img.milli.az/2025/01/15/1257822_(3).jpg)
![](https://img.milli.az/2025/01/15/1257822_(2).jpg)
![](https://img.milli.az/2025/01/15/1257822_(1).jpg)