RU

Yaşını söyləməkdən daim qorxan qadın...

Xəbər verdiyimiz kimi, “Vicdan haqqı” serialından Larisa obrazı ilə Azərbaycan tamaşaçısının tanıdığı aktrisa Çimnaz Sultanova bu gün - doğum günündə dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, əslən bakılı olan aktrisa Moskvada böyüyüb. Yaşını daim gizlədən aktrisa müsahibələriin birində "Son serialda yaşlı qadını oynayıram, oradakı “oğlum” məndən 2 yaş böyükdür" deyərək bu məsələ ilə bağlı açıqlama verməkdən imtina etmişdi. Çimnaz Sultanova yaşını gizlətməsini "Bu bir xəstəlikdir, gerontofibiya – qocalmaqdan qorxmaq" deyə izah etmişdi.

O, aktrisalıq dərslərini 2001-2002-ci illərdə Almaniyada alıb. 

Aktrisanın 19 yaşlı oğlu var. Fizik-yazıçı olan həyat yoldaşı ilə uşaqlıqdan tanış olub və o, Almaniyada yaşayıb. 

Qeyd edək ki, Çimnaz Sultanova bağırsaq xərçəngindən vəfat edib.

Избранный
26
unikal.az

1Источники