RU

Nuri Şahin istefaya göndərilir

“Borussiya Dortmund”un baş məşqçi postunda dəyişiklik ola bilər. Msport.az xəbər verir ki, Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Holstein”ə səfərdə 2:4 hesabı ilə məğlub olan “sarılar” baş məşqçi Nuri Şahinlə yollarını ayırmağa hazırlaşır.

17 oyundan 25  xal toplayan “Borussiya” 9-cu yeri tutur.

“Bild”in yazdığına görə, klubun idman direktoru Lars Rikken Nuri Şahinin göndərilməsini istəyir.

Dortmund klubunu çalışdırmağa ən real namizəd “Mançester Yunated”in sabiq baş məşqçisi Erik ten Haq göstərilir.

Избранный
8
msport.az

1Источники