RU

Basketbol: “Gəncə” “Şəki”yə, “Quba” “Sumqayıt”a uduzdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 9-cu turundan təxirə salınmış iki oyun keçirilib.

Arena.az xəbər verir ki, B qrupu çərçivəsində baş tutan bu oyunlardan biri Şəkidə keçirilib.

Burada liderlik mübarizəsi gerçəkləşib. Şəhərin eyniadlı komandası və “Gəncə” 1-ci yerə yüksəlmək üçün mübarizə aparıblar. Qonaqlar inamlı qələbə sayəsində liderliyi ələ alıblar.

Çempionatın autsayderi “Sumqayıt” isə “Quba” ilə görüşüb. Meydan sahibləri 36 xal fərqi ilə qalib gələrək, sonuncu pilləni tərk ediblər.

Xatırladaq ki, bu oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

Azərbaycan Basketbol Liqası
B qrupu, 9-cu tur
15 yanvar

“Şəki” – “Gəncə” 72:66 (17:12, 18:23, 22:16, 15:15)
Şəki Olimpiya Kompleksi.

“Sumqayıt” – “Quba” 126:90 (28:20, 29:22, 34:28, 35:20)
Sumqayıt Olimpiya İdman Kompleksi.

Xallar: Şəki – 18. Ordu – 17. Gəncə – 17. Quba – 13. Sumqayıt – 13. Lənkəran – 12.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Избранный
4
3
arena.az

10Источники