1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin İstanbul şəhərində son iki gündə saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 23 nəfərə çatıb. Daha 32 xəstə şəhərin tibb müəssisələrində müalicə alır.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, bu barədə şəhər valisinin mətbuat xidməti məlumat yayıb.
"Son 48 saat ərzində saxta spirtli içkidən zəhərlənmə ilə bağlı 66 fakt qeydə alınıb. Zəhərlənənlərdən 23-ü dünyasını dəyişib, 32 nəfərin müalicəsi davam etdirilir", - məlumatda deyilir.
Bundan əlavə, faktla əlaqədar 6 nəfər saxlanılıb. Onlardan ikisi qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs ediliblər.