RU

Rusiyaya dron hücumu: Neft anbarı partladıldı - VİDEO

Rusiyanın Voronej vilayətinin Liski şəhərində dronların neft anbarına hücumu nəticəsində böyük yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə yerli vaxtla gecə saatlarında qeydə alınıb və yanğının miqyasını azaltmaq üçün çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.

Məlumata görə, partlayışdan sonra anbarda güclü alovlanma başlayıb və qısa müddət ərzində yanğın ətraf ərazilərə yayılmaq təhlükəsi yaradıb. Hadisə nəticəsində anbara ciddi ziyan dəyib, lakin xəsarət alanlar və ya həlak olanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. 

Yerli sakinlər arasında narahatlıq artıb və təhlükəsizlik tədbirləri gücləndirilib. 

Xatırladaq ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində enerji obyektlərinə yönəlmiş dron hücumlarının sayı artıb. 

 

Musavat.com

Избранный
10
musavat.com

1Источники