RU

Balıqçını parçalayan pələng zərərsizləşdirildi

Rusiyada bir müddət əvvəl 53 yaşlı balıqçını parçalamış pələngi zərərsizləşdiriblər.

Teleqraf.com xəbər verir ki, hadisə Primorye vilayətində, Zimniki kəndi yaxınlığında baş verib.

"Amur pələngi" Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, balıqçıya hücum etmiş pələngin cəsədi tapılıb. Onun üzərində yara və zədə izləri var. Ətraflı məlumat yalnız cəsəd ekspetiza edildikdən sonra məlum olacaq.

Rəsmi orqanlara isə pələngin güllələnməsi barədə məlumat daxil olub. Bölgədən bildiriblər ki, heyvan təkcə kənd sakinləri deyil, hətta onun axtarışı üçün yaradılmış əməliyyat qrupunun üzvləri üçün də təhlükə törədirmiş. Hətta pələng inspektorlardan birinin üzərinə hücum etməyə cəhd göstərib.

Pələngin cəsədinə ilkin baxış keçirən mütəxəssislərin fikrincə, pələngin aqressiv davranışları onun aldığı hansısa travmanın və ya ciddi xəstəliyin nəticəsi ola bilər.


Müəllif: Teleqraf.com
Избранный
22
teleqraf.com

1Источники