RU

İtaliya İsraillə HƏMAS arasında sülh razılaşmasını alqışlayır

Roma, 16 yanvar, AZƏRTAC

İtaliya hökuməti İsrail ilə HƏMAS arasında əldə olunan sülh razılaşmasını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Nazirlər Şurasının məlumatında deyilir.

“İtaliya Qəzzada atəşkəs razılaşmasının elan edilməsini və girovların azad olunmasını alqışlayır. İtaliya hökuməti uzun danışıqlardan sonra əldə etdiyi nəticəyə görə Misir, Qətər və ABŞ-ı təbrik edir. G7-yə sədrlik etdiyi dövrdə İtaliya bu təşəbbüsləri qətiyyətlə dəstəkləyib. Atəşkəs Qəzzanın mülki əhalisinə humanitar yardımları əhəmiyyətli dərəcədə artırmaq üçün mühüm imkan yaradır. İtaliya ərzaq təhlükəsizliyi və sağlamlığa yönəlmiş “Qəzza üçün ərzaq” təşəbbüsü də daxil olmaqla, bu sahədə öhdəliklərini davam etdirəcək. İtaliya Avropa və beynəlxalq tərəfdaşları ilə birlikdə Qəzzanın sabitləşdirilməsi və yenidən qurulması üçün üzərinə düşəni etməyə, həmçinin ikidövlətli həll yoluna əsaslanan ədalətli və davamlı sülhə doğru siyasi prosesin yenidən başlamasını dəstəkləməyə hazırdır”, - deyə məlumatda qeyd olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
20
azertag.az

1Источники