RU

Solomon adalarında 5,7 maqnitudada zəlzələ baş verib

Solomon adalarına məxsus Santa-Krus arxipelaqının sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geoloji bürosu məlumat verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 1,3 min insanın yaşadığı Vanikoro adasından 10 km cənubda, ocağı təxminən 50 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Избранный
9
10
far.az

10Источники