RU

Avrozonada sənaye istehsalı artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada sənaye istehsalı noyabrda əvvəlki aya görə 0,2 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Avrostat) açıqladığı Avropa İttifaqı (Aİ) və Avrozonanın 2024-cü ilin noyabr ayı mövsümi təsirlərdən kənarlaşdırılmış sənaye istehsalı göstəricilərinə görə, Avrozonada sənaye istehsalı noyabr ayında oktyabrla müqayisədə 0,2 faiz artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,9 faiz azalıb.

Bazar proqnozları Avrozonada sənaye istehsalının aylıq 0,3 faiz artacağını, illik 1,9 faiz azalacağını göstərirdi.

Aİ-də isə sənaye istehsalı noyabr ayında aylıq 0,1 faiz artıb, illik isə 1,7 faiz azalıb.

Noyabr ayında Aİ ölkələri arasında sənaye istehsalında aylıq ən böyük artım Belçikada 8,7 faiz, Maltada 7,1 faiz, Litvada isə 4,3 faiz olub. Ən böyük azalma isə İrlandiyada 5,8 faiz, Lüksemburqda 3,9 faiz, Portuqaliyada isə 3,4 faizlə müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
21
banco.az

1Источники