RU

Birləşmiş Ştatlar "Gürcü Arzusu"nun zorakılığını pislədi...-RƏSMİ

ABŞ-nin Gürcüstandakı səfirliyinin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar “Gürcü arzusu” partiyasının Gürcüstan vətəndaşlarına, o cümlədən müxalifət liderlərinə, jurnalistlərə, vətəndaş cəmiyyəti üzvlərinə və etirazçılara qarşı davam edən zorakılığını pisləyir.
 
Moderator.az bu haqda "Newsgeorgiya" nəşrinə istinadla məlumat yayıb.
 
Bəyanatda deyilir ki, “gürcülərin fundamental azadlıqlarının həyata keçirilməsini məhdudlaşdırmaq məqsədi daşıyan bu cür hərəkətlər gürcülərin əksəriyyətinin iradəsi olan Gürcüstanı Avro-Atlantik yola qaytarmaq üçün heç nə etmir”.
 
“Gürcüstan daha yaxşısına layiqdir”, – deyə “Facebook”da yerləşdirilmiş bəyanatda vurğulanır.
 
S.Laçın
Избранный
11
moderator.az

1Источники