“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Vitoriya”dan (Portuqaliya) Alberto Kostanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Yuventus” Alberto üçün Portuqaliya klubuna 13 milyon avro ödəyəcək.
Sağ cinah müdafiəçisi bu mövsüm 21 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.