Şəmkirdə yanğın hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Ümumi sahəsi 280 kvadratmetr yaxın olan 2 mərtəbəli 8 otaqlı evdə anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı 2 mərtəbəli evin yanar konstruksiyaları 250 kv.m. sahədə əşyaları ilə birlikdə yanıb.
Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
Mənbə: oxu.az