Bakı. Trend:
Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Bəbişov FaiqQardaşxan oğlu dekabrın 6-da İsmayıllı rayonunda yaşayan atasınınevindən çıxaraq naməlum istiqamətdə gedib.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Onun əlamətləri: boyu 170 sm, gözlərinin rəngi şabalıdı, saçlarısarımtıldır.
F.Bəbişovun harada olması barədə məlumatı olan şəxslərən DİN-in“102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon PolisŞöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinəzəng edərək məlumat vermələri xahiş olunur.