RU

Yaponiyanı güclü zəlzələ gözləyir

Yaponiyanın Honsyu adasının cənub-şərqindəki Nankay qırağında 8-9 bal gücündə güclü zəlzələ ehtimalı artıb.

Editor.az xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiya hökumətinin seysmik aktivliyin araşdırılması komissiyasının hesabatına istinadən məlumat yayıb. Belə bir zəlzələnin yaxın 30 il ərzində baş vermə ehtimalı 80% olaraq təxmin edilir.

Sənəddə bildirilir ki, hesablamalara görə, 323 min insan sağ qala bilməyəcək. Analitiklər qeyd ediblər ki, belə bir təbii fəlakət 90 faiz ehtimalla 40 il ərzində, 90 faizdən yuxarı ehtimalla isə 50 il ərzində baş verə bilər.

Qeyd edək ki,.Nankay qırağında 8 bal gücündə sonuncu güclü zəlzələlərdən biri 21 dekabr 1946-cı ildə baş verib.

//Gülnarə Abasova, Editor.az

Избранный
13
12
editor.az

10Источники