RU

Kanada ABŞ mallarına gömrük rüsumları tətbiq etməyi planlaşdırır

Kanada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25 faizlik rüsumları təsdiqləməklə hədələdiyi təqdirdə, rüsum tətbiq edəcəyi 105 milyard dollarlıq Amerika mallarının siyahısını hazırlayıb.

Editor.az bu barədə Bloomberg-ə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, Ottava belə bir addımı ilk atmağı planlaşdırmır, ancaq Tramp administrasiyasının atdığı addımlara cavab olaraq hərəkət edəcək. Agentlik qeyd edir ki, Kanadanın tərtib etdiyi malların siyahısı ilkin xarakter daşıyır və sonradan əlavə oluna bilər.

Qeyd edək ki, yanvarın 6-da Tramp Kanadanın baş naziri Castin Trüdo gözlənilən istefasını elan etdikdən sonra ölkəni ABŞ-a 51-ci ştat kimi qoşulmağa dəvət edib. ABŞ-ın seçilmiş prezidentinin sözlərinə görə, birləşmə ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavanın onları daim mühasirəyə alan Çin və Rusiya gəmilərinin təhdidlərinə qarşı tam təhlükəsizliyinə zəmanət verəcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
4
editor.az

1Источники