RU

21 ildən sonra Türkiyəyə ilk tarixi səfər

Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux Türkiyəyə rəsmi səfərə gedir.

Ölkə.Az xəbər verir ki, Monqolustan prezidenti Xurelsuxun Türkiyəyə səfəri prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında reallaşacaq.

Ankarada Ərdoğanla baş tutacaq görüşlərdə Türkiyə və Monqolustan münasibətlərinin bütün aspektlərinin nəzərdən keçiriləcəyi, əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımların müzakirə ediləcəyi və aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun səfəri şərh edərkən deyib ki, 21 ildən sonra Monqolustandan ölkəmizə dövlət başçısı səviyyəsində ediləcək səfər köklü tarixi keçmişə malik türk və monqol xalqları arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə təkan verəcək.

Mürtəza
Ölkə.Az

Избранный
2
olke.az

1Источники