Türk Hava Yolları (THY) aviaşirkəti bu aydan etibarən Suriyanın paytaxtı Dəməşq şəhərinə uçuşlara başlayacaq.
Bu barədə Türk Hava Yolları məlumat yayıb.
Aviaşirkət Dəməşqə ilk reysi yanvarın 23-də edəcəyini açıqlayıb. Suriya paytaxtına həftədə üç reys nəzərdə tutulur.