RU

“Yer üzündəki bütün münaqişələrin səbəbkarı Britaniya İmperiyasıdır”

Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov bildirib ki, dünyada bütün münaqişələr hansısa formada Britaniya İmperiyası tərəfindən başlayıb.

Hafta.az-ın yazdığına görə, Cabarov bu barədə “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Cabarov İngiltərənin tarix boyu qalmaqallarla, pərdəarxası oyunlarla, vətənə xəyanət planları ilə bir çox münaqişələrə start verdiyini bildirərək deyib: “Yer üzündə mövcud olan bütün münaqişələr bir vaxtlar Britaniya İmperiyasının işi idi. Bütün bunların, məsələn, Yaxın Şərqdəki Fələstin məsələsinin, Hindistanla Pakistan arasındakı gərginliyin, Pakistanla Banqladeş arasındakı mübahisələrin arxasında İngiltərə dayanır. Hətta Suriyada ingilislər səhnəyə çıxıblar. Xatırlayırsınızsa, Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddialar tamamilə Britaniyanın sui-qəsdi idi”.

Cabarov bildirib ki, Böyük Britaniyanın Rusiyanı ləkələmək və ukraynalı neonasistlərə bəraət qazandırmaq üçün BMT TŞ-də Azov Batalyonunun üzvü Qorişniyə dəvəti “tam uğursuzluqla” nəticələnib. Rusiyanın bu təşəbbüsdən məyus olduğunu vurğulayan Cabarov deyib: “Böyük Britaniyanın daimi nümayəndəsi Barbara Vudvordun qəzəbi bu təşəbbüsün uğursuzluğunu sübut edir. Onların neonasistləri dəstəkləməsi keçmişdə nasizmə qarşı mübarizədə müttəfiq olduğumuz Britaniyanın şərəfinə yaraşmır”.

Cabarov İngiltərənin artıq dünya miqyasında hörmətinin qalmadığını və “dağılan imperiya” olduğunu bildirərək, “Keçmişin izzəti və sərvəti artıq yoxdur, lakin onlar yenə də dünya düzənində aparıcı rol oynamaq istəyirlər. Bu, İngiltərənin dağılacağına işarə edir" dedi.

Rusiyanın İngiltərənin “pərdəarxası oyunlarını” beynəlxalq arenada ifşa etməyə davam edəcəyini bildirən Cabarov sözlərini “Neonasistləri dəstəkləmək İngiltərəyə şərəf gətirmir” sözləri ilə yekunlaşdırıb.

Избранный
3
hafta.az

1Источники