RU

Cənubi Koreya siyasi böhranın mərkəzindədir

Bakı, TurkicWorld

Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi ilə bağlı istintaq çərçivəsində prezidentlikdən uzaqlaşdırılan Yoon Suk Yeol dünən saxlanılıb və onun dindirilməsinin günortadan sonra davam etdiriləcəyi açıqlanıb.

TurkicWorld xəbər verir ki Yonhap agentliyinin məlumatına görə, Korrupsiyaya Qarşı İstintaq İdarəsi (CIO) rəsmiləri Yoonun dindirilməsinin səhhəti ilə bağlı günortaya təxirə salındığını açıqlasalar da , vəkili Yun Gap-geun müvəkkilinin artıq ifadə vermək istəmədiyini bildirib.

Xatırladaq ki, Yoon Suk Yeol, 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan etməsi ilə bağlı qiyama cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhələri əsasında istintaqa cəlb edilib.

Yoon televiziya çıxışında müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını iddia edərək hərbi vəziyyət elan etmişdi. Lakin bu qərar parlament və Nazirlər Şurası tərəfindən təsdiqlənmədiyi üçün geri çəkilmişdi.

Qeyd edək ki, 2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə Yoonun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərar çıxarılmış və baş nazir Han Duk-su müvəqqəti olaraq onun yerinə gətirilmişdi. Lakin dekabrın 27-də Hanın impiçmenti barədə qərar qəbul edilib və onun yerinə baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok prezident səlahiyyətlərini icra etməyə başlayıb.

Избранный
10
turkic.world

1Источники