Yunan mediası türk müdafiə məhsullarını almaq üçün növbəyə duran Avropa ölkələrinin siyahısını dərc edib.
Publika.az xəbər verir ki, Yunanıstan mətbuatı İngiltərədən Estoniyaya, İspaniyadan İtaliyaya qədər bir çox Qərb dövlətlərinin Türkiyəyə gəlmək üçün növbəyə durduqlarını yazıb.
Türkiyənin müdafiə sənayesindəki yüksəlişi qonşu Yunanıstanı narahat etməyə davam edir. Yunanıstanda çıxan “Kathimerini” qəzeti Türkiyənin son vaxtlar Avropa ölkələri ilə imzaladığı müqavilələri bir-birinin ardınca araşdırır.
Türkiyə ilə Avropa ölkələri arasında bəzi müqavilələr bunlardır:
İspaniya: “Hürjet” təlim təyyarəsi almağa hazırlaşır.
Portuqaliya: Türk texnologiya şirkəti STM Portuqaliya donanması üçün 2 yanacaqdolduran gəmi inşa edəcək.