RU

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

Qızıl alverçilərinin külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs Günay Həziyevanın növbəti məhkəmə prosesi keçirilib. 

Yenicag.az-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub. İlk olaraq şahid Taleh Babayev ifadə verərək bildirib ki, atası Sevda xanımla ortaq qızıl alveri edib: “Atama aid olan qızılları Sevda xanım vermişdi Günaya. O da pulu vermirdi. Sonra Sevda xanımdan qızılımızı tələb etdik. Günay xanımla bir dəfə şəhərdə görüşmüşük. Orda dedi hər ay 500-1000 manat ödəniş olunacaq. Ümumi borc məbləği 186 min manat  idi. Onun 30 min manatı bizə çatmalı idi. Biz Sevda xanımla ortaq idik. Pulla bağlı Günay xanımın xalasıgilə getdik, orada mübahisə yarandı, onlar polisə müraciət elədilər. Bizim Mərkəzi Univermaqda qızıl piştaxtamız olub. Atam xəstələnəndikdən sonra həmin biznesi mən davam etdirdim”.

Daha sonra Talehin məhkəmədə verdiyi ilkin ifadəsi elan olundu.

Bəzi şahidlər məhkəmə prosesinə gəlmədiyindən onlar barədə məcburi gətirmə qərarı çıxarıldı. Faiq və Vasif adlı şəxslərin

Təqsirləndirilən şəxsin vəkili lombard işçisi olan Orxan İsayevin məhkəmə prosesinə çağırılması barədə vəsatət verdi.

Zərərçəkən şəxsin vəkili isə lombard işçisinin çağırılmamasını, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Həziyev Səbuhi və anası Lətafət Məmmədovanın isə  məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verdi. Hakim müşavirə edərək vəsatətin  qəbul olunması barədə qərar qəbul etdi.

Məhkəmə prosesi 30 yanvar tarixinə kimi təxirə salındı.

Qeyd edək ki, cinayət işində 4 nəfər qızıl alverçisi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxs Günay Həziyeva barəsində isə azyaşlı uşağı olduğu üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib./unikal

Избранный
1
14
yenicag.az

10Источники