RU

Güləş millilərimizin  ilk təlim-məşqi

Güləş üzrə Azərbaycan milli komandaları təlim-məşq toplanışına start veriblər.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, hər üç millimiz AGF-nin təlim-məşq bazasında hazırlıq keçir. Güləşçilər məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.

Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komanda əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə milliləri isə fevralın 5-9-da Xorvatiyada keçiriləcək ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki seçmə “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.

L.QURBANOVA 
XQ

Избранный
1
6
xalqqazeti.az

9Источники