RU

Bayden vida nitqi ilə çıxış etdi

ABŞ Prezidenti Co Bayden vida nitqi ilə Amerika xalqına müraciət edib. Amerika lideri prezidentliyinin yekunlarından danışaraq, daxili siyasət və beynəlxalq münasibətlər məsələlərinə toxunub.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. “Mən sizə ürəyimi və ruhumu verdim, 50 ildən çoxdur ki, sizə xidmət etmək mənim üçün şərəfdir”, - ABŞ Prezidenti bildirib. Müraciət zamanı Bayden güclü ölkə yaratmaq üçün səyləri birləşdirmək lazım olduğunu qeyd edib və Amerika dəyərlərinin simvolu kimi Azadlıq heykəlini nümunə göstərib. Siyasətçi administrasiyasının beynəlxalq münasibətlər sahəsində əldə etdiyi mühüm uğurlara da diqqət çəkib. Xüsusilə o, İsrail və HƏMAS arasında tarixi atəşkəs sazişinin bağlanmasını xatırladıb. Bayden bunun uzun sürən danışıqların və komandasının səylərinin nəticəsi olduğunu bildirib. Dövlət başçısı əmindir ki, yeni administrasiya gələcəkdə də onun işini davam etdirəcək. O, Yaxın Şərqdə sabitliyin və sülhün qorunmasının vacibliyini vurğulayıb. Bununla belə, o, ABŞ Prezidenti kimi NATO-nu gücləndirməyə və “Ukraynanın azadlığını qorumağa” nail olduğunu bildirib. Bayden, amerikalıları mümkün çətinliklərə və məyusluqlara baxmayaraq, ölkənin həyatında fəal iştirak etməyə çağırıb. Onun fikrincə, demokratik proseslərdə iştirak, o cümlədən seçkilərdə səsvermə cəmiyyətdə ədalətin və bərabərliyin qorunmasında əsas amildir.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, süni intellekt həm irəliləyiş, həm də təhlükələr üçün böyük potensiala malikdir. O ümid edir ki, süni intellekt qlobal problemlərin, o cümlədən xərçənglə mübarizənin həllinə kömək edəcək.

Избранный
12
1
manset.az

2Источники