RU

PUA yerinə helikopteri vuran rus zabit cəzalandırdıldı

Rusiyanın Hava Hücumundan Müdafiə zabiti İqor Paşkov Ukrayna Silahlı Qüvvələrinin (AFU) Krım yarımadasına iddia edilən hücumunun dəf edilməsi prosesində göstərdiyi səhlənkarlığa görə cəzalandırılıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, rus zabit Ukrayna pilotsuz uçan aparatının əvəzinə Rusiyanın Mi-8 helikopterini vurub.

Hadisə nəticəsində 3 nəfər həlak olub və helikopter Qara dənizə düşüb. Hərbçi 2 il 9 ay müddətinə cəzaçəkmə müəssisəsində qalıb. Məhkəmə Müdafiə Nazirliyinin ondan təxminən 200 milyon rublun (vurulan helikopterin dəyəri) geri alınması tələbini rədd edib.

Bundan başqa, hava hücumundan müdafiə bölməsinin operativ növbətçi komanda məntəqəsinin baş köməkçisi bir il müddətinə dövlət qulluğunda və yerli özünüidarəetmə orqanlarında təşkilati-inzibati funksiyaları təmin edən vəzifələr tutmaq hüququndan məhrum edilib.

Избранный
4
1
avtosfer.az

2Источники