“Bayden administrasiyası son bir neçə həftədir Donald Trampın gələcək prezidentliyi üçün problemlər yaratmağa çalışır”.
Bunu Publika.az-a açıqlamasında britaniyalı politoloq Patrik Volş deyib.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden Tramp üçün maneələrin yaradılmasından başqa heç bir mənası olmayan bir sıra sahələrdə qəsdli şəkildə antaqonist hərəkət edir:
“İsrail, HƏMAS və digər dövlətlər arasında mühüm atəşkəs sazişinin müzakirə edildiyi bir vaxtda Baydenin baş diplomatının İrəvanla saziş imzalaması dəhşətli haldır.