RU

Murad İsmayıldan Rafet El Romanla bağlı İNANILMAZ AÇIQLAMA

Aktyor Murad İsmayılın Türkiyəli müğənni Rafet El Romanın Bakıdakı konsertində səhnə alması böyük marağa səbəb olub. “Xəbərin var?” verilişinə qonaq olan Murad İsmayıl həmin anların onun üçün unudulmaz olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, aktyor uşaqlıqdan Rafet El Romanın pərəstişkarı olduğunu vurğulayıb və onun mahnılarının həyatında xüsusi yer tutduğunu qeyd edib.

Hətta uşaqlıq sevgisinin belə Rafet El Romanın mahnıları ilə bağlı olduğunu söyləyən Murad İsmayıl bu hadisəni həyatının ən yaddaqalan təcrübələrindən biri kimi dəyərləndirib:

“Rafet El Romanın mahnılarını nə qədər yaxşı bildiyimi siz təsəvvür edə bilməzsiniz. Bunu bəlkə də məni izləyən qohumlarım, məktəb dostlarım daha yaxşı bilər ki, onu necə çox sevirəm. Mən rus sektorunu bitirmişəm. Məktəb vaxtı rus müğənnilərinin təzə vaxtları idi və rus bölməsində oxuduğumuz üçün hamı elə mahnılara qulaq asırdı. 2005-2006-cı illərdə 5 ya da 6-cı sinifdə idim. Gündəliklərimdə müəllimlər qeyd edirdi ki, dərsdə mahnı oxuyur. Valideynlərim də deyirdi ki, biz uşağı dərs oxumağa göndəririk, amma o, mahnı oxuyur. Mahnı ilə eşq yaşayırdım. Bir vurulduğum qız var idi, deyə bilmirdim. Mahnıya qulaq asıb pis olurdum, kövrəlirdim. 5-6-cı sinifdə oxusam da, həmin vaxtdan o mahnılar içimdə nələrisə oyadıb. O mənada deyirəm ki, həqiqətən Rafet El Romanın mahnıları çox duyğusal mahnılardır”.

M.İsmayıl qohumlarından da təbrik mesajları aldığını bildirib:

“Rafet El Romanla səhnədə mahnı oxuyandan sonra bir çox qohumlarım kövrəlib mənə səs atıb bütün arzularıma çatmağımı dilədiklərini söylədilər. Bəlkə bir çoxları deyəcək ki, Rafetnən oxuyub da nə var ki? Sadəcə mənim üçün yerinin harada olduğunu deyirəm. Başqaları bəlkə də Rafet El Romanı bəyənmir. Onunla bir səhnədə oxumaq mənim o qədər böyük bir arzum idi. Bir də onu vurğulayım ki, mən illərdir onun konsertinə getsəm də, ilk tanışlığım idi. Şəkil çəkdirməyə utanan insanlardan biri də mən olmuşam. Rafet bəy səmimi adam olduğu üçün icazə verib ki, onunla şəkil çəkdirsinlər. Mən isə o qədər utancaq olmuşam ki, uşaqlıqdan bəri yaxınlaşıb onunla şəkil çəkdirə bilməmişəm. İlk dəfə tanışlığımızda isə səhnədə onunla birlikdə mahnısını demək olar ki, məşqsiz ifa etdim. Siyahını açdı və soruşdu ki, hansını oxuya bilərik. Dedim ki, hansını istəyirsiz? Onun bütün mahnılarını əzbər bilirəm. Bir-ikisini züm-zümə etdik, dedi ki, elə bu yaxşıdır. Mahnının sonuncu hissəsini özü ifa etmədi, musiqiçiləri dayandırdı və mənim bitirməyimə şərait yaratdı ki, alqışlar mənə gəlsin. Sağollaşanda da elə sağollaşdı ki, sanki Rafet El Roman o deyil mənəm. Hər sənətkarımız gənclərimizə belə dəstək olsa, öz konsertinə dəvət edib belə bir şərait yaratsa, yaxşı olar. Rafet El Roman bunu ürəkdən edir, ona görə çox gözəl insandır”./yenisabah

Избранный
5
1
konkret.az

2Источники