Qrenlandiya müstəqilliyi ilə bağlı özü qərar verəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Donald Trampla telefon danışığında bildirib. Danimarka Baş Nazirinin ofisinin bəyanatında deyilir:“Söhbətdə Baş nazir Qrenlandiya Nazirlər Kabinetinin sədri Mute Egedenin Qrenlandiyanın satılmaması ilə bağlı bəyanatına istinad etdi. Baş nazir bildirib ki, müstəqilliklə bağlı qərarı Qrenlandiyanın özü verməlidir”.
Vəli Həsənoğlu,
KONKRET.az