RU

Azərbaycanın beynəlxalq təşəbbüsləri türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır - Şahin Bağırov

Bakı. Trend:

Azərbaycanın təklif etdiyi və həyata keçirdiyi regional vəbeynəlxalq təşəbbüslər türk dövlətləri ilə əməkdaşlığıngenişləndirilməsi və möhkəmləndirilməsində mühüm rol oynayır.

Trend xəbərverir ki, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin BağırovTürkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələrin gömrükxidmətləri rəhbərlərinin X iclasında çıxışı zamanı deyib.

"Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycanınstrateji coğrafi mövqeyi ölkəmizi mühüm tranzit və logistikamərkəzinə çevirir", - o bildirib.

O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənubnəqliyyat dəhlizi və beynəlxalq Orta Dəhliz marşrutu kimiinfrastruktur layihələri Azərbaycanın tranzit potensialınıgücləndirir və türk dövlətlərinin iqtisadi inteqrasiyasınındərinləşməsində mühüm rol oynayır.

"2024-cü il noyabrın 6-da Qırğızıstan Respublikasının Bişkekşəhərində TDT ölkələrinin dövlət başçılarının XI sammitində mühümqərarlar qəbul edildi və biz onları ardıcıl olaraq həyatakeçiririk. Bu istiqamətdə atılan mühüm addımlardan biri dəAzərbaycanın təşəbbüsü - Orta Dəhlizdir.

Adıçəkilən layihələr təkcə türk dövlətləri arasında əlaqələrininkişafına deyil, həm də Asiya ilə Avropa arasında yeni ticarətyollarının formalaşmasına töhfə verir ki, bu da öz növbəsindəiqtisadi uğurların əldə edilməsinə və iştirakçı dövlətlər arasındaəməkdaşlığın gücləndirilməsinə imkanlar yaradır", - DGK-nın sədribildirib.

Избранный
6
az.trend.az

1Источники