RU

Bundesliqa premyer-liqadan geri qalmamağa çalışacaq

Yaxın gələcəkdə Almaniya çempionatının yüksək liqasında yenilik olacaq. Bundesliqada 2025/26 mövsümündən yeni texnologiya tətbiq ediləcək.

“Kicker” nəşrinin yaydığı xəbərə görə, bu barədə Almaniya Futbol İttifaqının Hakimlər Komitəsinin sədri Knut Kirçer məluma verib. O, növbəti mövsümdən yüksək liqada yarımavtomatik ofsayd aşkarlama texnologiyasından (SAOT) istifadə ediləcəyini bildirib. Bu sistemin tətbiqində məqsəd mübahisəli epizodlara daha tez və dəqiq şəkildə aydınlıq gətirməkdi.

Qeyd edək ki, yarımavtomatik ofsayd aşkarlama sistemi DÇ-2022-də tətbiq edilib. Texnologiya artıq İngiltərə premyer-liqasının cari mövsümündə istifadə olunur. Bu sistemə əsasən, stadionun damının altında quraşdırılan 12 xüsusi kamera topun mövqeyini və hər bir oyunçunun bədənində ofsayda düşə biləcək bütün hissələri də daxil olmaqla 29 nöqtəni izləyir. İstifadə olunan topların içərisində xüsusi sensor quraşdırılır. Video-köməkçi rolunda çıxış edən hakimlər yeni texnologiya sayəsində komanda yoldaşının ötürməsi zamanı futbolçunun oyundankənar vəziyyətdə olması barədə avtomatik bildiriş alırlar.

Избранный
3
football-plus.az

1Источники