RU

Təhdidlərdən sonra Paşinyandan geri addım

Rusiyadan gələn təhdidlər Avropa İttifaqına (Aİ) üzvlük layihəsini təsdiqləyən Ermənistan hökumətini düşünməyə vadar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Aİ üzvlük layihəsi təsdiqləndikdən sonra Rusiyadan gələn təhdidlər fonunda İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirə təşkil edən Nikol Paşinyan bu durumdan narahat olsa da, geri addım ata bilməyəcəklərini və Aİ layihəsini qəbul etməkdən imtina etməyəcəklərini söyləyib. Baş nazir Ermənistan iqtisadiyyatına gözlənilən ağır zərbələrdən çıxış yollarının axtarılmasını təklif edib. Amma aldığımız məlumata görə, Aİ-yə üzvlük layihəsi ötən ilin sonundan parlamentdə olsa da, bazar ertəsi başlayan parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib.

Yeri gəlmişkən, hakim fraksiyada həmin layihənin qəbul edilməsinin əleyhinə olan, onu “təhlükəli nəticələri olacaq macəra” hesab edən güclü deputat qrupu var”, - məlumatda deyilir.

Xatırladaq ki, hökumət ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Qanun qüvvəyə minməsi üçün Ermənistan parlamentində də təsdiq olunmalıdır. Rəsmi Moskva təşəbbüsün mümkün nəticələri barədə Ermənistana xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
3
teleqraf.com

1Источники