Bakı, 16 yanvar, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) və BRİKS-də iştirak strategiyalarını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Belta agentliyi məlumat yayıb. Bildirilib ki, Belarusun ŞƏT-də iştirak strategiyası fəaliyyətin konseptual sahələrini, ölkənin iştirakının məqsəd və vəzifələrini, onların yaxın və orta perspektivdə həyata keçirilməsi mexanizmlərini müəyyən edir.
BRİKS ilə bağlı strategiya Belarusun üzv və tərəfdaş dövlətlərlə qarşılıqlı fəaliyyətinin prioritet istiqamətlərini müəyyən edir.
Qeyd edək ki, hər iki strategiya 2030-cu ilə qədər beş il üçün nəzərdə tutulub. Onlar müəyyən cari tendensiyalar nəzərə alınmaqla uzadıla, yenilənə və yenidən nəzərdən keçirilə bilər.