RU

Həbs edilmiş Cənubi Koreya prezidenti ifadə verməkdən imtina edib

Cənubi Koreyanın impiçment edilmiş prezidenti Yoon Seok-Yeol səhhətinə görə, həbsindən sonra ikinci gün baş tutmalı olan növbəti dindirmədə iştirak edə bilməyəcək.

Bunu müstəntiqlər tərəfindən saxlanılan dövlət başçısının vəkili Yun Qap Geun deyib. “Prezident Yoon özünü yaxşı hiss etmir və dünən öz mövqeyini hərtərəfli izah edib, onu əlavə sorğulamağa ehtiyac yoxdur”.

Editor.az bildirir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. Bir gün əvvəl Yun Seok Yeol 10 saatlıq dindirmə zamanı ifadə verməkdən imtina edib. Cənubi Koreya agentliyinin yaydığı məlumata görə, dövlət başçısı yanvarın 15-də baş vermiş iğtişaşla bağlı həbs olunduqdan sonra gecəni istintaq təcridxanasında keçirib.

//Samir Qurbanov, Editor.az

Избранный
2
editor.az

1Источники