RU

Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir

Ermənistanın son qərarlarından sonra Rusiya bu ölkənin müxalif dairələri ilə görüşlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.

“Ermənistan-Rusiya münasibətləri getdikcə kəskinləşir. Artıq Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması məsələləri müzakirə olunur. Üstəgəl, dünən Rusiya dövlət telekanalında yayımlanan bir proqramla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyi bu ölkənin İrəvandakı səfiri Sergey Kopırkini çağıraraq, ona nota verib.

Bunun fonunda Rusiyanın rəsmi dairələri bu ölkədə yaşayan erməni ictimai-siyasi xadimləri ilə diqqətçəkən görüşlər keçirirlər. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “Mənim Ölkəm, Mənim Ermənistanım” partiyasının sədri Mqer Avetisyanla görüşüb. Avetisyan sosial mediada Pankinlə çox vacib və ətraflı müzakirə apardığını bildirib”, - nəşr qeyd edir.

Xatırladaq ki, İrəvanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş imzalaması və Ermənistan hökumətinin Avropa İttifaqına üzvlük prosesini başladan qanun layihəsini təsdiqləməsi Rusiyanın kəskin təpkiləri ilə qarşılanıb. Moskva bu addımların mümkün nəticələri barədə İrəvana xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
3
teleqraf.com

1Источники