RU

"NATO-nun Baş katibi Rumıniya vasitəsilə III Dünya Müharibəsini başlamağa çalışır"

NATO-nun Baş katibi Mark Rutte Rumıniya vasitəsi ilə III Dünya Müharibəsini başlamağa çalışır.   Manset.az xəbər verir ki, bu barədə Rumıniya prezidentliyinə namizəd Kalin Georgescu X sosial şəbəkəsində amerikalı bloqer Aleks Consla yayımlanan podkastda deyib. O, əlavə edib ki, Alyans indi iki düşərgəyə bölünüb: bəziləri Donald Trampı dəstəkləyir və Ukraynadakı münaqişəyə son qoymaq istəyir, digərləri isə NATO-nu genişləndirməyə çalışır. "NATO-nun rəhbəri Mark Rutte öz qaydalarını tətbiq etməyə və xüsusilə Rumıniya vasitəsilə Ukrayna regionunda üçüncü dünya müharibəsi başlatmağa çalışıb. Bu, üzləşdiyimiz ən böyük təhlükədir", - o, deyib.

Georgesku qeyd edib ki, NATO-ya “yalnız qullar” rəhbərlik edir və hazırda dünyada çox az lider var, hətta Rumıniyada da hakimiyyətdə “yalnız kuklalar” var.

Избранный
1
manset.az

1Источники