İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, Rusiya ilə yaxın vaxtlarda imzalanacaq hərtərəfli strateji tərəfdaşlıq sazişi hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur.
Turkustan.az Modern.az-ın məlumatına görə, nazir qeyd edib ki, saziş üçüncü ölkələrə qarşı yönəlməyib və Moskva ilə Tehranın digər ölkələrlə ikitərəfli sazişlər bağlamasını məhdudlaşdırmır.
“Bu, həqiqətən də hərtərəfli, hər şeyi əhatə edən sazişdir. O, iqtisadiyyat və ticarətə xüsusi diqqət yetirməklə, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edir. Saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, lakin hərbi ittifaq yaratmaq məqsədi daşımır”, - Abbas Arakçi jurnalistlərə bildirib.
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada görüşəcəklər. Bu görüşün mühüm tərkib hissəsi iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması olacaq.