RU

Tramp tarixi “İbrahim Razılaşmaları”nı genişləndirmək istəyir


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Yaxın Şərqdə vəziyyəti normallaşdırmaq üçün “İbrahim razılaşmaları”nı genişləndirmək niyyətini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə
"Biz tarixi “İbrahim Razılaşmaları”nı daha da genişləndirmək üçün bu atəşkəsin sürətinə əsaslanaraq, bütün regionda “Güc deyil, sülh” ideyasını təbliğ etməyə davam edəcəyik”, deyə o, “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Trampın sözlərinə görə, İsraillə HƏMAS hərəkatı arasında razılaşma yalnız onun ABŞ prezident seçkilərindəki qələbəsi sayəsində mümkün olub.
Qeyd edək ki, 2020-ci ildə İsrailin BƏƏ və Bəhreynlə münasibətlərini normallaşdırmaq üçün bir sıra razılaşmaları əhatə edən “İbrahim Razılaşmaları” əldə edilib. Bundan sonra Sudan və Mərakeş dü İsraillə münasibətlərin normallaşdığını elan ediblər.
Избранный
6
yeniavaz.com

1Источники