RU

Andiçmə günündə Trampa sui-qəsd planı var? - AÇIQLAMA

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də andiçmə mərasimi keçiriləcək.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, mərasim zamanı Amerika paytaxtında 25 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı asayişi qoruyacaq.

Bu arada "Politico" qəzeti Trampın andiçmə mərasiminin ekstremistlərin təhdidləri üçün potensial hədəfə çevrilə biləcəyini yazır. Ssenarilər arasında beynəlxalq və daxili terrorizm, tək ekstremistlərin təhdidləri, bomba xəbərləri və saxtakarlıqlar, avtomobillərin toqquşması və kortəbii etirazlar var.

İnauqurasiya mərasimində Trampa qarşı sui-qəsd ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Donald Trampa seçki dönəmində bir neçə dəfə sui-qəsd cəhdi olub ki, hətta onun biri kamera önündə baş verib.

Trampla yanaşı ondan əvvəlki ABŞ prezidentlərinin də sui-qəsdə uğradığını xatırladan politoloq bunlardan ən səs-küylüsünün Con Kennediyə qarşı olan sui-qəsd olduğunu vurğulayıb.

Kazım Kazımov, politoloq

K.Kazımov qeyd edib ki, ABŞ daxilində cəmiyyətdə ekstremizm halları artıb. Orada həm silahlanma pik həddə çatıb, həm də hər il neçə-neçə qanlı indisentlər baş verir:

“Elə Trampa qarşı törədilən sui-qəsd cəhdlərinin hamısında da biz müxtəlif terror təşkilatlarının üzvlərini deyil, ekstremist ruhlu şəxsləri görmüşdük”.

Müsahibimiz bildirib ki, Trampın qərarları bəzən bu ekstremist şəxslərin qorxulu addımlar atmasına səbəb olur.

Politoloq burada əsas məsələnin ABŞ təhlükəsizlik xidmətlərinin üzərinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, böyük ehtimalla Tramp həm özünə yaxın şəxsləri mühafizə işində qabağa çəkəcək, həm də mühafizəni daha da gücləndirəcək:

“Çünki o, sui-qəsd cəhdindən sonra ilk mətbuat açıqlamasında bildirib ki, Bayden dönəmində zəif qorunub.

Bilirik ki, ABŞ qanunvericiliyinə görə keçmiş prezidentlər də xüsusi xidmət orqanları tərəfindən qorunur. Tramp isə zəif qorunduğunu iddia edib”.

Mina Mikayılova

Избранный
7
bakivaxti.az

1Источники