RU

Dövlət Neft Şirkətinin mənfəəti 9,3 faiz artıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) məlumatına görə, qurum 2024-cü ilin I yarısını 1,545 milyard manat  (2023-cü ilin eyni dövrünə nisbətən 9,3 faiz çox)  xalis mənfəətlə başa vurub.

Qeyd edilib ki, ötən ilin yanvar–iyun aylarında ADNŞ satışdan (əsas əməliyyat) gəlirləri 45,054 milyard manat (illik müqayisədə 6,8 faiz çox), satışının maya dəyəri 41,347 milyard manat (10,1 faiz çox), ümumi və inzibati xərcləri 953 milyon manat (2,7 faiz çox), sosial xərcləri 136 milyon manat (9,7 faiz çox), kəşfiyyat və qiymətləndirmə xərcləri 7 milyon manat (40 faiz çox) təşkil edib.

2024-cü il iyulun 1-nə ADNŞ-in vəsaitləri 72,581 milyard manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2 faiz çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,9 faiz azalaraq 36,402 milyard manata, balans kapitalı isə 7,6  faiz artaraq 36,179 milyard manata, o cümlədən nizamnamə kapitalı 5,3 faiz  artaraq 5,014 milyard manata çatıb.

Xatırladaq ki, ADNŞ  ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 faiz dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.

Избранный
1
12
xalqqazeti.az

10Источники